Dünya

Saakaşvili inqilaba çağırır - Kobaxidze

22 Sentyabr 2023 17:01
Baxış: 1 021
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gürcüstanın həbsdə olan eks-prezidenti Mixail Saakaşvilinin etiraz aksiyaları keçirməyə çağırışı müxalifətin uğursuzluğa məhkum olan inqilabi plan hazırladığının növbəti təsdiqidir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri Gürcüstanın hakim Gürcü Arzusu - Demokratik Gürcüstan Partiyasının sədri İrakli Kobaxidze bildirib.

"Saakaşvilinin çağırışına gəlincə, əlbəttə, bu, onların beynində inqilabi planın hazırlandığının daha bir sübutudur, hansı ki, bu da məhvə məhkumdur. Amma biz heç bir halda arxayınlaşmamalıyıq. Bu radikal müxalifət nə qədər zəif olsa, təxribatlar baxımından bir o qədər riskli olacaq", - Kobaxidze bildirib.

Kobaxidzenin sözlərinə görə, zəiflik fonunda müxalifət hər şeyə hazırdır.

Qeyd edək ki, sentyabrın 18-də Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti ölkədə 2023-cü ilin oktyabr-dekabr aylarında dövlət çevrilişi məqsədi ilə iğtişaşlar hazırlanması barədə xəbərdarlıq edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.