Venesiya dünyanın ən gözəl şəhəri seçildi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İtaliyanın Venesiya şəhəri dünyanın ən gözəl şəhərləri siyahısında ilk pillədə yer alıb.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə "World of Statistics" jurnalı məlumat yayıb.
Venesiya reytinqdə 83,3 faizlik göstərici ilə ilk sırada, İtaliyanın paytaxtı Roma 82 faizlik göstərici ilə ikinci, Milan 75,1 faizlik göstərici ilə 10-cu, Florensiya isə 73,6 faizlik göstərici ilə 13-cü pillədə qərarlaşıb.
Venesiya XXI əsrdə məşhur turizm məkanı, mədəniyyət mərkəzi olaraq qalıb və dəfələrlə dünyanın ən gözəl şəhəri seçilib.
Qeyd edək ki, UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilən Venesiya romantik ab-havası ilə filmlərə, kitablara və sevənlərə ilham verən Avropa şəhəridir. "Dənizlər kraliçası" adlandırılan Venesiya şəhəri İtaliyanın şimal-şərqində, Adriatik dənizinin sahilində yerləşir. Şəhər kanalları, qayıqları, tarixi yerləri, çoxəsrlik binaları, dar küçələri, İntibah və Bizans memarlığının füsunkar izləri ilə məşhurdur. Venesiya bir-birindən 150 kanalla ayrılan 118 adada salınıb və adalar arasında 400-dək körpü var.
Venesiya dünyanın ən turistik şəhəridir. Adada yaşayan əhali cəmi 50 min nəfər olsa da, şəhəri hər il təxminən 20 milyonadək turist ziyarət edir.
Şəhər dünyada məşhur olan karnavala, müxtəlif vaxtlarda festivallara, beynəlxalq incəsənət sərgisinə (Biennale), kinofestivallara ev sahibliyi edir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Hava yenidən pisləşir - Xəbərdarlıq
-
ÇL-nın final matçlarına ev sahibliyi edəcək stadionlar bəlli oldu
-
İran ABŞ-ın daha bir PUA-sını vurdu
-
Ərdoğan Azərbaycanı təbrik edib - (Foto)
-
Hakan Fidan Azərbaycan-Ermənistan arasında sülh danışıqları barədə danışıb
-
ABŞ kosmosda silah yerləşdirdi - Məqsəd nədir?
-
Cəlilabadda yaşayış evində yanğın oldu
-
İlk dərs günündə canlı yayım açıb elektron siqaret çəkdilər - (Video)
-
“Qodo həsrətində” adlı tamaşanın məşqləri davam edir - (Foto)
-
İki ayağını itirən qazimizin nişanından görüntülər - (Video)
-
Roberto Karlosdan Arda Güler açıqlaması: “Mourinyo bundan əl çəkməlidir”
-
Elza Seyidcahan illər sonra “tort qalmaqalı”ndan danışdı - Sirr açıldı - (Video)
-
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
-
Mbappedən Dembele ilə bağlı sərt sözlər
-
Astarada 74 yaşlı kişi evin damından yıxılaraq ölüb
-
Prezident İlham Əliyevin Bakıda keçirilən beynəlxalq konfransların iştirakçıları ilə səmimi söhbəti - (Foto)
-
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib - (Foto)
-
Aftandil Qurbanov vəfat etdi
-
Uşaqların sevimli onlayn oyunu: “Roblox”un təhlükələri nələrdir?
-
Sentyabrın 16-da hava dəyişir - Bəzi rayonlara yağış və dolu düşəcək
-
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib - (Video/Foto)
-
Qarabağda 7 məktəbdə ilk dəfə Bilik Günü qeyd olunur - (Foto)
-
Gədəbəydə güllələnmiş meyit tapıldı
-
Bu şəxslərin qəbul imtahanına dəyişiklik edildi





