ABŞ-nın dünya müsəlmanlarına qarşı təzyiqi davam edir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Amerika Birləşmiş Ştatları dünyada özünü hegemon dövlət kimi aparır, maraqlarının təminatı naminə dünyanın istənilən nöqtəsində qarşıdurma mühitinin yaradılmasında nəinki maraqlıdır, onun reallaşması üçün bütün təsir vasitə və rıçaqlarından kifayət qədər geniş şəkildə istifadə edir. Birləşmiş Ştatlar onun maraqlarına cavab verməyən, müstəqil, milli maraqlara söykənən siyasət həyata keçirən dövlətləri hədəfə alır, həmin ölkələrdə siyasi böhranın yaranmasına, vətəndaş həmrəyliyinin pozulmasına, cəmiyyətin dağıdılmasına yönəlmiş ardıcıl və sistemli addımlar atır, hakimiyyət dəyişikliyini təmin edir. Beləliklə, marionet hakimiyyətlərinin yaranmasına, ondan asılı olan kukla rejimlərin formalaşmasına xidmət edən siyasət həyata keçirir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
Deputatın sözlərinə görə, Birləşmiş Ştatların ali siyasi rəhbərliyi heç gizlətmədən, açıq şəkildə qeyd edir ki, onların dünyadakı maraqları iki cürdür: həyati və ümumi maraqlar. Ümumi maraqların müdafiəsi naminə söz söyləyir, bəyanatlar verir, diplomatik gedişlər edir. Lakin söhbət həyati maraqlarının təminatından gedirsə, Birləşmiş Ştatlar bütün bu addımları atmaqla yanaşı, həm də güc tətbiq edir, bombalama, dağıtma aktlarını həyata keçirir. Birləşmiş Ştatlar 1999-cu ildə rəsmi Vaşinqtonun siyasətinə uyğun gəlməyən bir xətt yürütdüyünə görə Yuqoslaviyanı 78 gün bombaladı və 100 minlərlə insanın həyatına son qoydu. 2003-cü il martın 19-dan 20-ə keçən gecə İraqdakı siyasi rejimi terrorizmi himayədə, kütləvi qırğın silahı əldə etməkdə ittiham edərək ona qarşı müharibəyə başladı. Nəticədə bir milyondan çox insan həlak oldu. Sonralar məlum oldu ki, bütün bu ittihamların heç bir əsası yoxdur. 2011-ci ildə isə Liviyada hakimiyyəti ittiham etdi ki, onların siyasəti ABŞ-ın, rəsmi Vaşinqtonun maraqlarına ziddir. Bu ölkədə və regionda ABŞ-nın strateji maraqlarının təminatına mane olur. Beləliklə, həmin dövlətdə vətəndaş müharibəsi yaratdı, ölkənin siyasi rəhbərliyinin qətlinə aparıb çıxaran addımlar atdı. O vaxtdan indiyədək Liviya xaos içərisində çırpınmaqdadır, orada fəlakət yaşanmaqdadır və insanların sabaha heç bir inamı qalmayıb.

"Birləşmiş Ştatlar bütün bunları bir çox hallarda demokratiya, insan haqları pərdəsi altında həyata keçirir. Bu yerdə ABŞ-ı yaradan şəxslərdən olan Cefersonun fikirləri yadıma düşür. O söyləyirdi ki, Amerikada demokratiya nə olan şeydir? Qeyd edirdi ki, bu, "iki canavarın və bir quzunun axşam yeməyinə nə yeyək?" məsələsini müzakirə etməyə bərabər bir addımdır. İki canavar deyir ki, quzu yeyilsin. Quzu isə deyir, canavarlardan biri yeyilsin. Nəticədə səsə qoyulur və ikinin birə nisbətində "demokratik" yolla səs çoxluğu nəticəsində canavarlar quzunu yeyirlər. Bax, budur ABŞ-ın demokratiyası. XVIII əsrdə səslənmiş bu yanaşma tərzi demək olar ki, XX-XXI əsrdə də ABŞ siyasətinə uyğundur. İraqda, Əfqanıstanda, Liviyada, elə Yuqoslaviyada və digər bölgələrdə Birləşmiş Ştatlar "iki canavarın və bir quzunun axşam yeməyinə nə yeyək?" məsələsində alınan cavab kimi addımlar atır və öz maraqlarını təmin edir", - deyə Milli Məclisin deputatı qeyd edib.
Elman Nəsirov, həmçinin vurğulayıb ki, islamofobiya bu gün Birləşmiş Ştatların siyasətində çox geniş yer alıb. İrqçilik tüğyan edir və XXI əsrdə də Birləşmiş Ştatlarda qaradərili insanlara qarşı cinayət siyasəti yürüdülür. Polisin qaradərililərə qarşı törətdiyi cinayətləri televiziya kadrlarında dəfələrlə izləmişik. Birləşmiş Ştatlarda qaradərililərin tez-tez etirazları baş verir. Dünyanın ayrı-ayrı regionlarında və Birləşmiş Ştatlarda islamofobiya siyasəti "ən yüksək səviyyə"də həyata keçirilir, müsəlmanlara açıq təzyiq göstərilir. Biz bunu məscidlərə qarşı münasibətdə də görürük. Quranın yandırılmasına münasibətdə də biz bu siyasətin şahidi olduq. Bütün bunlar onu göstərir ki, Birləşmiş Ştatlar hansı regiona, hansı bölgəyə gəlirsə, ilk növbədə, öz maraqlarının təminatı əsas məsələdir, bunun üçün hər addımı ata bilər. Oradakı insanların taleyi, onların gələcəyi, rifahı Birləşmiş Ştatlar üçün heç bir məna və əhəmiyyət kəsb etmir. Əsas odur ki, Sem dayının mədəsi dolu olsun. Bax, Birləşmiş Ştatların bu gün dünyada yeritdiyi siyasətin mahiyyəti və fəlsəfəsi bundan ibarətdir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“Bu, Amerika üçün böyük gün olacaq”
-
Moskvaya PUA hücumu: 1 nəfər ölüb, 6 nəfər yaralanıb
-
İstanbulda məktəbdə dəhşətli hadisə: 5 qız şagird bıçaqlandı
-
"“Flydubai” hadisəsinə görə İran məsuliyyət daşıyır"
-
Rusiyanın kəndləri boşalır: 20 milyon hektar torpaq istifadəsiz qalıb
-
Qızılca sürətlə yayılır: Nyu-Yorkda fövqəladə vəziyyət
XƏBƏR LENTİ
-
Sabirabadda 17 yaşlı oğlan 14 yaşlı qızı qaçırdı
-
Ofeliya Sənani xəstəxanaya yerləşdirildi
-
“Bu, Amerika üçün böyük gün olacaq”
-
Sea Breeze ərazisində yeni texnologiyalarla təchiz olunmuş ilk çoxzallı CineMastercard kinoteatrı açılacaq (Foto)
-
Azad Bayramov vəfat etdi
-
"İnter"li Markus Turam: "Mən Leaoyam, "Qalatasaray"da oynayıram" - (Video)
-
Moskvaya PUA hücumu: 1 nəfər ölüb, 6 nəfər yaralanıb
-
Mağazadan alınan yumurtanın içindən cücə çıxdı
-
İstanbulda məktəbdə dəhşətli hadisə: 5 qız şagird bıçaqlandı
-
"“Flydubai” hadisəsinə görə İran məsuliyyət daşıyır"
-
Vüsalə Əlizadə verilişində yerinə aparıcılıq edənə "əsəbiləşdi": “Bunu tapmısınız? - (Video)
-
Allahşükür Paşazadənin 40 il əvvəlki görüntüləri yayıldı - (Video)
-
Medvedev diskvalifikasiya olundu - Bu hərəkətinə görə - (Video)
-
Pensiya artımında yenilik: Aşağı pensiya alanlar daha çox qazana bilər
-
Rusiyanın kəndləri boşalır: 20 milyon hektar torpaq istifadəsiz qalıb
-
Qızıl almaq istəyənlərin nəzərinə
-
XİN-dən vurulan gəmi ilə bağlı açıqlama
-
Qaxda "prava"sız sürücü qəza törətdi: 1 ölü, 4 yaralı var - (Video)
-
14 yaşlı qızın görüntülərini yayan şəxslə bağlı qərar verildi
-
"Con Duran "Gəl, məşqə gedək" deyəndə, "Yox, onsuz da varlıyam" deyirdi"
-
Əli Əsədov yeni qərar imzaladı
-
Mühafizə olunan duracaqlarla bağlı qayda dəyişdi
-
DYP-dən avtomobil sahiblərinə çağırış - Buna diqqət edin
-
Ağcabədidə pendir sexinin fəaliyyəti dayandırıldı





