Dünya

Amerikalıların 80 %-dən çoxu ölkədəki demokratiyanın vəziyyətindən narahatdır

30 Avqust 2023 08:34
Baxış: 725
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Seçicilərin 80 %-dən çoxu ABŞ-dəki demokratiyanın vəziyyətindən narahat olduğunu bildirib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "The Hill" "Bipartisan Policy Center"in keçirdiyi ictimai rəy sorğusunun nəticələrinə əsasən məlumat yayıb.

"Seçicilərin 82 %-i ABŞ-dəki demokratiyanın vəziyyətindən "narahat olduqlarını", o cümlədən 40%-i "çox narahat olduqlarını" bildiriblər. Eyni zamanda, həm demokrat, həm də respublikaçı tərəfdarlarının 84 %-i narahatlığını ifadə ediblər", - Mərkəz açıqlayıb.

Bundan əlavə, sorğunun nəticələri göstərib ki, amerikalıların 59 %-i partiyaların birgə qərarlar qəbul etmək zərurəti yarandıqda razılaşa biləcəyinə inanmır: respublikaçılara səs verənlərin 62, demokratlara səs verənlərin isə 50 %-i yetərincə əmin deyil.

Sorğuda həmçinin iqtisadiyyat və süni intellektlə bağlı məsələlərdə seçici əhval-ruhiyyəsi qiymətləndirilib.

Respondentlərin 67 %-i iqtisadiyyatla bağlı ikitərəfli qərarlar qəbul etmək üçün hər iki tərəfin birgə işləməsinin "çox vacib" olduğunu düşündüklərini deyiblər. Seçicilərin 88 %-i inflyasiyanı əsas problem adlandırıb, 84 %-i isə bunun onların istehlak istəklərinə və maliyyə vəziyyətinə təsir etdiyini bildirib.

Bu əsnada seçicilərin 73 %-i süni intellektin inkişafı səbəbindən iş yerlərini itirmək perspektivindən narahat olduqlarını, 46 %-i isə ondan istifadənin artmasına mənfi baxdıqlarını bildiriblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.