Dünya

Uşaqların suda boğulmasının qarşısını alan geyim hazırlanıb

18 Avqust 2023 18:37
Baxış: 919
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fransalı ixtiraçılar uşaqları boğulma riskindən qoruyan geyim təqdim ediblər.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu ixtira təsadüfən hovuza düşən uşaqlar üçün əlavə təhlükəsizlik təmin edir. Belə ki, qısaqol köynək şəklində olan geyim su ilə təmasa dərhal reaksiya verir və içərisindəki hava ilə dolu boşluqlar sayəsində xilasedici jiletə çevrilir.

Hazırda geyimin yalnız uşaq ölçülərində modelləri satışa çıxarılıb.

Qeyd edək ki, ixtira "Lepine 2023" müsabiqəsində qızıl medala layiq görülüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.