Dünya

Mirzoyan iclas öncəsi Lavrovla nələri danışdı?

16 Avqust 2023 20:43
Baxış: 920
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və Rusiya xarici işlər naziri Sergey Lavrov BMT Təhlükəsizlik Şurasının iclası öncəsi görüş keçirib.

Milli.Az axar.az-a istinadən bildirir ki, erməni nazir bu barədə X (Tvitter) sosial şəbəkəsində yazıb.

O, rusiyalı həmkarı ilə Qarabağdakı "humanitar böhran"dan və Laçın yolunun "blokadası"ndan danışdığını bildirib.

Mirzoyan növbəti dəfə Lavrova Azərbaycan guya erməni əhalisinə qarşı "etnik təmizləmə" planlaşdırması nağılını danışıb.

Qeyd edək ki, bu gün saat 23:00-da BMT TŞ-də Ermənistanın tələbi ilə Qarabağdakı vəziyyətlə bağlı iclas keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.