Dünya

Trampa qarşı əlavə ittiham irəli sürülüb

28 İyul 2023 08:00
Baxış: 723
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ Ədliyyə Nazirliyi keçmiş prezident Donald Trampa qarşı əlavə ittihamlar irəli sürüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Florida ştatının Cənub Dairəsinin məhkəməsinin elektron məlumat bazasına daxil olan sənəddə deyilir.

"32-ci maddə əlavə edildi, ona görə Donald Tramp daha bir maddə ilə - müdafiə məlumatlarını qanunsuz saxlamaqda ittiham olunur", - deyə sənəddə bildirilir.

Xatırladaq ki, daha əvvəl ABŞ hakimiyyət orqanları keçmiş Prezident Donald Tramp və onun köməkçisi Uolt Nautana qarşı məxfi sənədlərin qanunsuz saxlanması işi üzrə 38 maddədən ibarət ittihamlar irəli sürüblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.