Dünya

Kral ailəsi də qənaət rejiminə keçib

30 İyun 2023 17:42
Baxış: 659
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Artan inflyasiya Böyük Britaniyanın kral ailəsinin maliyyə vəziyyətinə zərbə vurub, xərcləri artırıb. Kral III Çarlz iqamətgahlarda istilik sistemini söndürməyi əmr edib. O, bunu təkcə iqtisadiyyat deyil, həm də ətraf mühitin qorunması naminə edib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, kral ailəsinin xərc və gəlirlərini əks etdirən illik hesabatda qeyd edilir ki, III Çarlz istixana qazı emissiyalarını azaltmaq üçün qapalı məkanlarda temperaturun 19 dərəcəyə endirilməsini əmr edib.

Kral Xəzinədarı Maykl Stivens bu qərarın bir çox mal və xidmətlərin, xüsusən də yanacaq və enerji xərclərinin bahalaşmasına səbəb olan inflyasiya təzyiqlərinin artması fonunda qəbul edildiyini bildirib.
 

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.