Dünya

Surovikin həbs olunmayıb, sadəcə dindirilib...

30 İyun 2023 07:07
Baxış: 812
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya Aerokosmik Qüvvələrinin baş komandanı Sergey Surovikin həbs olunmayıb. General dindirildikdən sonra buraxılıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Vajnıye istorii" nəşri məlumat yayıb.

Nəşrin mənbələri Surovikinin "Vaqner" lideri Yevgeni Priqojinin qiyamında iştirakı ilə əlaqədar həbsini təsdiqləməyiblər.

Baş Qərargah və FTX-yə yaxın mənbələr bildirib ki, general həbs olunmayıb və Moskvadakı Lefortovo təcridxanasına aparılmayıb.

"Baza" Teleqram kanalı da bildirib ki, Surovikinin qızı atasının iş yerində olduğunu təsdiqləyib. Generalın həyat yoldaşı isə məsələ ilə bağlı açıqlama verməyib.

Qeyd edək ki, Qərb nəşrləri general Surovikinin və onun müavini general-polkovnik Yudinin Priqojin qiyamına görə saxlanıldığını və Lefortovodakı təcridxanaya salındığını yazmışdı. Lakin Yudin həbs olunma xəbərini təkzib edərək, məzuniyyətdə olduğunu və evdə dincəldiyini bildirmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.