Dünya

Fransada iğtişaşlar DAVAM EDİR: Polis gözyaşardıcı qazdan istifadə edib - VİDEO

29 İyun 2023 20:41
Baxış: 1 074
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransanın Nanter şəhərində polis tərəfindən öldürülən yeniyetmənin xatirəsinə keçirilən "Ağ yürüş"ün iştirakçıları bəzi inzibati binaların şüşələrini sındırıblar. 

Milli.Az bizim.media-ya istinadən bildriir ki, nümayişçilər yürüşün keçirildiyi yol boyunca yerləşən kafe və mağazaların sahibləri tələsik pəncərələrini bağlayıblar, bir neçə avtomobili aşıraraq yandırıblar. 

Hüquq-mühafizə orqanları etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib. 

Qeyd edək ki, Fransada 17 yaşlı sürücünün polis tərəfindən qətlə yetirilməsi Nanter şəhərində iğtişaşlara səbəb olub və sonradan digər kommunalara, Tuluza və Lion kimi böyük şəhərlərə yayılıb. Fransa prezidenti Emmanuel Makron vəziyyəti qiymətləndirmək üçün nazirlərlərarası komitənin təcili iclasını keçirib. Həmin gün Nazirlər Kabinetinin bütün üzvlərinə növbəti xəbərdarlığa qədər prioritet olmayan səyahətləri ləğv etmək əmri verilib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.