İyunun 29-da Türkmənistanda yeni Arkadağ şəhərinin açılış mərasimi keçiriləcək.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə qərarı Türkmənistan prezidenti Serdar Berdiməhəmmədov imzalayıb.
İnkişafın birinci mərhələsi çərçivəsində 336 müasir bina, o cümlədən çoxmərtəbəli rahat yaşayış binaları, ictimai, təhsil, tibb və mədəniyyət obyektləri, idman qurğuları və mühəndis sistemləri tikilmişdir. Əvvəllər bildirildiyi kimi, birinci mərhələnin tikintisinə 3,3 milyard dollar sərmayə qoyulub.
Şəhərin iki mərhələsi 1002 hektar ərazini tutacaq, əhalisi təxminən 73 min nəfər olacaq (birinci mərhələdə - 43 min nəfər). Ölkə tarixində ilk dəfə qanunvericilik səviyyəsində şəhərə dövlət əhəmiyyətli şəhər statusu verilib (hətta respublikanın paytaxtı Aşqabad belə statusa malik deyil).
Milli.Az