Bağ evində qumar oyunları keçirən qadına bu cəza verildi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakı Apellyasiya Məhkəməsində qumar oyunlarının təşkili və ya keçirilməsində təqsirləndirilən Vahid Qədimov və onun tanışı Səbinə Kərimovanın (hər ikisinin ad, soyadı şərtidir) barəsindəki hökmdən Baş Prokurorunun müavini tərəfindən verilən apellyasiya protesti və apellyasiya şikayətinə baxılıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Zamin İbrahimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, Vahid Qədimovun apellyasiya şikayəti təmin edilməyib, Səbinə Kərimovanın apellyasiya şikayəti qismən, apellyasiya protesti isə tam təmin olunub, Sabunçu Rayon Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli hökmü dəyişdirlilib. Həmin hökmlə Səbinə Kərimovaya təyin edilmiş 2 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası 10 000 manat cərimə cəzası ilə əvəz edilib.
İttihama görə, Vahid Qədimov və onun tanışı Səbinə Kərimova qadına məxsus Sabunçu rayonu ərazisində yerləşən bağ evində qumar oyunları təşkil edərək keçiriblər.
Belə ki, 18 may 2024-cü il tarixdə istintaqla müəyyən edilməyən saatda həmin evə qumar oyunu oynamaq üçün Vahid 5 dostunu dəvət edib. Oyun zamanı həmin şəxslərə qida və içki məhsulları təqdim olunub.
Bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən həmin gün saat 22:50-də həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində həmin ünvanda baxış və götürmə aparılıb. Onların qumar oyunu oynamaları müəyyən edilərək otaqda masanın üzərindən kart dəsti və pul vəsaitləri aşkar edilərək götürülüb.
Sabunçu Rayon Məhkəməsinin hökmü ilə Vahid Qədimov və Səbinə Kərimovanın hər birinə 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunub.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
eputatın oğlu məhkəməyə belə gətirildi - (Video)
-
Bakıda ölümlə nəticələnən kütləvi insidentlə bağlı saxlanılanlar hakim qarşısına çıxarılıb
-
Ömürlük həbsdən səhvən qurtuldu, Türkiyədə tutuldu - Avtoritet keçmiş sovet ölkəsini alt-üst etdi
-
Tovuzda iki nəfər bıçaqlanıb, biri ölüb - Yenilənib
-
Deputatın oğlunun iştirakı ilə cinayətdə öldürülən Ceyhunla bağlı yeni detal
-
Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldı - DTX-dən əməliyyat - (Foto/Video)
XƏBƏR LENTİ
-
"Sabah" - "Qarabağ" oyununda qolsuz bərabərlik
-
Deputatın oğlu hakim qardaşına görə başqa məhkəmədə mühakimə olunacaq
-
Yunan-Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub
-
Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir
-
Donald Tramp: "Mənim əmim radarı ixtira edib"
-
Bakıda kafedəki qətldə təqsirləndirilənlər 4 aylıq həbs edildi - Yenilənib
-
Son 48 ildə ilk: İran ABŞ-dən təzminat aldı
-
"Oktay Saral sabah istefa verəcək"
-
Rusiyalı reper Mavaşi başından aldığı güllə yarasından öldü
-
Rövşən Nəcəf, Arsen Venger və İnfantino "Sabah" - "Qarabağ" oyununu stadiondan izləyiblər - (Video)
-
Almaniya kəşfiyyatından yeni əməkdaşlar cəlb etmək üçün qeyri-adi üsul
-
Tramp: "Mənə lazımi qiymət verilmir"
-
“Barselona” Diomandedən imtina edib
-
Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...
-
Eldəniz Əzizli beşqat dünya çempionu oldu
-
eputatın oğlu məhkəməyə belə gətirildi - (Video)
-
"Ceyms Bond"un aktrisası görmə qabiliyyətini itirib
-
22 min insanı güllələdilər, Hitlerin üstünə atdılar – SSRİ-nin 1990-ci il NKVD etirafı
-
"İnci taneleri"nin aktyoru səssiz-sədasız evləndi - (Foto)
-
Bakıda ölümlə nəticələnən kütləvi insidentlə bağlı saxlanılanlar hakim qarşısına çıxarılıb
-
Azərbaycanlı futbolçu İspaniyada oynayacaq
-
Xalidə Gözəl vəfat etdi
-
Rubio: Rusiya ilə bağlı bu qərar hamıya faydalıdır
-
“Sabah”ın futbolçusu “Borussiya”ya transfer olunur?





