Paytaxt sakinləri evlərindən zorla çıxarılır?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Nizami rayonu, Ordubadi küçəsi, 7 ünvanında yaşayan vətəndaşlar "Orbita" MTK-nın rəhbərliyindən narazıdırlar. Onlar qanunsuz olaraq öz evlərindən çıxarılmalarını və bununla bağlı müxtəlif narahatlıqlarını ifadə edirlər.
Milli.Az xəbər verir ki, şikayətçilər bildirirlər ki, şirkət onlara 600 manat kirayə haqqı ödəməlidir, lakin bunu etməmək üçün onları Çobanzadə küçəsindəki qəzalı binalara köçürməyə çalışırlar.
"Bu binalara Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri rəy verib ki, onlar qəzalı vəziyyətdədir. Bizim evimizi o binalara göndərmək istəyirsiniz? Bu mənim uşaqlarıma və nəvələrimə qarşı bir təhdiddir, onları da o binada başıma uçurmaq istəyirsiniz?", − deyə şikayətçi qeyd edib.
Şirkətin köçürmə məsələləri üzrə baş məsləhətçisi Söhrab Əhmədov isə sakinlərin evlərinin məhkəməyə çoxmərtəbəli və qəzalı bina kimi təqdim olunmasının və onların yararsız binaya köçürülməsinin həqiqəti əks etdirmədiyini vurğulayıb.
Nizami Rayon İcra Hakimiyyətindən isə açıqlama verilib ki, müvafiq qurumların təsdiq etdiyi sənədlər əsasında istismar müddətini başa vurmuş yaşayış binalarının sökülməsi, sakinlərin köçürülməsi və yeni mənzillərlə təmin edilənədək kirayə haqqının ödənməsi şərti ilə "Orbita" MTK-na icarəyə verilib. Fövqəladə Hallar Nazirliyinin "Azkommunlayihə" İnstitutunun mütəxəssisləri isə həmin küçədə yerləşən yataqxana tipli binaya texniki baxış keçirərək binanın vəziyyətini qəzalı və yaşayış üçün uyğun olmadığını bildiriblər.
Sakinlərə təklif olunan həll variantlarına gəldikdə isə MTK tərəfindən inşa ediləcək yeni çoxmənzilli binada mövcud mənzillərinin sahəsinə əlavə olaraq vətəndaşların fərq ödəməklə ümumi sahəsi 36 kvadratmetr olan yeni mənzil alması və ya birbaşa 45000 manat ödəməsi təklif edilib. Həmçinin, Zabrat qəsəbəsində birbəndəli fərdi yaşayış evinin inşa edilərək təhvil verilməsi də başqa bir təklifdir.
Eyni zamanda sakinlərə məlumat verilib ki, bu ərazidəki binaların sökülməsi aprelin 4-də başlanacaq.
Asya
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan və BƏƏ hərbi hava qüvvələri arasında əməkdaşlığın inkişafı müzakirə olunub - (Foto)
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistanda səfərdədir - (Foto)
-
Süni qidalar gündəlik həyatımıza daxil olur: Nələrə diqqət etməliyik?
-
Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli kampaniyaya son qoymağa çağırıb
-
Sükan arxasında bu səhvlərə yol verməyin
-
Azərbaycanda yumurta bahalaşdı
XƏBƏR LENTİ
-
Rusiya Xarkova zərbə endirib, 6 nəfər ölüb
-
Azərbaycan və BƏƏ hərbi hava qüvvələri arasında əməkdaşlığın inkişafı müzakirə olunub - (Foto)
-
Türkiyə milli komandası Sergen Yalçına tapşırılır?
-
Məşhurlar Dubayda toyda - (Video)
-
Qazaxda 35 yaşlı kişini ildırım vurub
-
Zaur Rzayevin son vəziyyəti açıqlandı
-
Arda Gülərin bu hərəkəti İspaniyanı qarışdırdı - (Foto)
-
Dövlət əleyhinə çağırışlara görə daha 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistanda səfərdədir - (Foto)
-
Süni qidalar gündəlik həyatımıza daxil olur: Nələrə diqqət etməliyik?
-
Pakistan və Türkiyə nümunəsi - Təmənnasız və təmənnalı qardaşlıq
-
DTX maşınların yandırılmasını təşkil edən şəxsi xaricdə yaxaladı
-
308 min hektardan çox torpaq minalardan təmizləndi
-
Sumqayıtda əməliyyat: “falçı” saxlanıldı
-
Rusiyanın itkiləri yeniləndi
-
Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli kampaniyaya son qoymağa çağırıb
-
Xumar Qədimovanın görüntüsü müzakirə yaratdı - (Video)
-
Putin, Tramp və Si Cinpin yaxın zamanda görüşə bilər
-
Sükan arxasında bu səhvlərə yol verməyin
-
Xətai rayonundakı ağır qəza kameralara düşdü - (Anbaan video)
-
İlyas Yalçıntaş 10 il həbs oluna bilər
-
Azərbaycanda yumurta bahalaşdı
-
Toy günü bəylə gəlinin rəqsi viral oldu – (Video)
-
Fransada Makron siyasəti: Xalqla hakimiyyət arasında dərinləşən uçurum





