"Qərb ölkələrindən Ukraynaya tədarük edilməsi gözlənilən F-16 qırıcılarının Ukrayna səmasında görünəcəyi təqdirdə Rusiya buna hərbi-texniki cavab verməyə hazırdır".
Milli.Az musavat.com-a istinadən bildirir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
Lavrov Rusiya BMT Təhlükəsizlik Şurasının "nüvə beşliyi" paneli çərçivəsində Ukraynaya nüvə silahı daşımaq üçün göndəriləcək F-16 təyyarələrinin hazırlanması ehtimalı ilə bağlı "çox ciddi xəbərdarlıq" da edib.
"İndi söhbət həqiqətən nüvə silahı daşımaq üçün təchiz oluna bilən F-16 təyyarələrindən gedir. Biz bunu açıq şəkildə deyirik" - Rusiya XİN başçısı əlavə edib.
Milli.Az