Dünya

Regional səviyyədə qarşıya çıxan problemlərlə... - Ərdoğan

17 İyun 2023 21:45
Baxış: 550
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa Komissiyasının sədri Ursula fon der Lyayen ilə telefon danışığı aparıb.

Milli.Az "TurkicWorld"a istinadən xəbər verir ki, telefon danışığı zamanı Ursula fon der Lyayen Prezident Ərdoğanı yenidən prezident seçilməsi münasibətilə təbrik edib.

"Regional səviyyədə qarşıya çıxan problemlərlə uğurla mübarizə aparmağın yolu Avropa İttifaqının Türkiyə ilə əməkdaşlığını gücləndirməkdən keçir." - deyə Ərdoğan qeyd edib.

O bildirib ki, Türkiyəyə göstəriləcək ədalətli rəftarın və tam üzvlük perspektivinin dəstəklənməsinin əlaqələrdə yeni üfüqlərin açılmasında mühüm rol oynayacaq.

Məlumat üçün bildirək ki, Türkiyədə prezident və parlament seçkiləri 14 may tarixində, prezident seçkilərinin ikinci turu isə 28 may tarixində keçirilib.

28 may tarixində keçirilən ikinci tur prezident seçkilərində Rəcəb Tayyib Ərdoğan 52,18 səslə qalib gəlib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.