Dünya

Ankarada güclü yağış ciddi fəsadlar törətdi

11 İyun 2023 19:45
Baxış: 560
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün günorta saatlarında Türkiyənin paytaxtı Ankaraya güclü yağış yağıb. Leysan yağışları nəticəsində ictimai iaşə müəssisələrinin və binaların zirzəmilərini, fərdi yaşayış evlərinin həyətlərini su basıb, nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, küçə və parklarda yağışa hazırlıqsız yaxalanan vətəndaşlar bağlı ərazilərdə leysan yağışının dayanmasını gözləyib.

Çankaya rayonunda Yenişehir Qapalı Bazarının qarşısında dərin gölməçələrin əmələ gəlməsi nəticəsində avtomobillərin hərəkəti iflic olub və maşınlar suyun içində sönüb qalıb. Avtomobillərində qalan bəzi vətəndaşlar, o cümlədən uşaqlar yanğınsöndürənlər tərəfindən xilas edilib.

Ankara metrosunu da su basıb. Keçiören mahalının Etlik məhəlləsində torpaq sürüşməsi nəticəsində binanın istinad divarı uçub.

Ankara valisi Vasif Şahin sosial media hesabında güclü yağış səbəbindən bəzi yeraltı keçidlərin nəqliyyata bağlandığını açıqlayıb.

Bildirilir ki, yağışlı hava şəraiti qarşıdakı günlərdə də davam edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.