Dünya

Saakaşvilinin deputatdan uşağı dünyaya gəldi

2 İyun 2023 07:18
Baxış: 2 812
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukraynanın 32 yaşlı deputatı Yelizaveta Yasko ana olub.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə deputat özü məlumat verib.

O, Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin uşağını dünyaya gətirdiyini bildirsə də, uşağın dəqiq nə vaxt dünyaya gəldiyini, eləcə də ad və cinsini bildirməyib.

"Mən heç vaxt ağlıma gətirə bilməzdim ki, övladım ölkəmiz üçün müharibənin bu dəhşətli reallıqlarında dünyaya gələcək", - Yasko deyib.

Qeyd edək ki, Saakaşvili 2021-ci ilin oktyabrında Ukrayna parlamentinin deputatı Yelizaveta Yasko ilə sevgi münasibətində olduğunu açıqlamışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.