Dünya

Əks-hücum: hər şeyi bu qüvvə həll edəcək - Arestoviç

19 May 2023 12:25
Baxış: 1 024
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Texnologiyanın inkişafına, müasir silah növlərinin və kəşfiyyatın yaranmasına baxmayaraq, hər şeyi piyadalar həll edir.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin sabiq müşaviri Aleksey Arestoviç ölkəsinin əks-hücumu barədə danışarkən deyib.

"Bütün hərbi orkestrin piyadaların irəliləməsi üçün coğrafiyadan qeyri-standart istifadə etmək bacarığı - bu, hərb sənətidir. Kimsə ona sahibdir, kimsə yox. On beş aylıq müharibə göstərdi ki, düşmən ancaq cəbhədən hücuma keçməyi bilir", - sabiq müşavir bildirib.

O qeyd edib ki, Ukrayna müdafiə qüvvələri relyefdən, qüvvə və vasitələrin mövcudluğundan asılı olaraq, qeyri-standart hərəkətlər edə biləcəklərini nümayiş etdiriblər:

"Ərazi və hazırlıq nəzərə alınmadan cəbhədən hücumlar bizim yolumuz deyil. İndi əks-hücumun ilkin mərhələsi düşmənin arxa cəbhəsinin sıradan çıxarılması, onu effektiv müqavimət göstərmək imkanından məhrum etmək və təhdidlərə vaxtında cavab verməkdir. Ən maraqlısı daha sonra başlayacaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.