Dünya

Lavrov: BMT TŞ genişlənməlidir!

24 Aprel 2023 23:18
Baxış: 913
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

BMT Təhlükəsizlik Şurasında Asiya, Afrika və Latın Amerikası ölkələrinin təmsilçiliyi genişləndirilməlidir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov BMT TŞ-nin iclasında çıxışı zamanı deyib.

"Hazırda Qərb orada çox güclü şəkildə təmsil olunur. 2021-ci ildə Rusiya Prezidenti Vladimir Putin BMT Təhlükəsizlik Şurası üzvlərinin sammitinin çağırılmasını təklif etdi, təəssüf ki, bu təşəbbüs hələ də həyata keçirilməyib. Bu mövzu birbaşa çoxtərəfliliklə bağlıdır və bu vəziyyətlə bağlı narahatlıqlar Cənub-Şərqi Asiya, ərəb və müsəlman dünyasından Afrika və Latın Amerikasına qədər çoxsaylı təşəbbüslərdə getdikcə daha çox eşidilir", - Lavrov bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.