Dünya

Bu ölkənin dövlət katibi “Playboy” üçün soyundu - FOTO

18 Aprel 2023 16:34
Baxış: 2 369
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransanın "Playboy" jurnalının yeni sayı bir anda satılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, buna jurnalın üz qabığında Sosial və Həmrəylik İqtisadiyyatı üzrə Dövlət Katibi Marlen Şyappanın "cəsarətli" fotosunun yer alması səbəb olub.

"Playboy"un baş redaktoru Jan-Kristof Florentanın verdiyi məlumata görə, jurnalın 100 min nüsxəsi üç saat ərzində tükənib. Bu səbəbdən aprelin 20-də qəzet köşklərinə çıxacaq daha 60 min nömrənin çap edilməsi qərara alınıb.

Qeyd olunur ki, Fransada ayda orta hesabla jurnalın 30 min nüsxəsi satılır.

Jurnalda üz qabığındakı fotodan əlavə, Marlen Şyappa ilə qadın hüquqları mövzusunda müsahibə dərc olunub. Lakin kişi jurnalında erotik məzmunda göründüyü üçün siyasətçi həmkarları tərəfindən tənqid edilib. Belə ki, ölkənin baş naziri Elizabet Born siyasətçiyə zəng vuraraq onun müsahibəsini və fotoşəkilini "xüsusilə indiki dövrdə tamamilə yersiz" adlandırıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.