Dünya

Britaniya kəşfiyyatı: Ukraynanın minalardan təmizlənməsi ən azı 10 il çəkəcək

17 Aprel 2023 12:41
Baxış: 771
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukraynanın minalardan təmizlənməsi ən azı 10 il çəkəcək.

Milli.Az APA-ya istinadən bildirir ki, Birləşmiş Krallığın hərbi kəşfiyyatının məlumatında belə qeyd edilib. Bildirilib ki, müharibə başlayandan Ukraynada mülki vətəndaşlarla bağlı 750 mina insidenti baş verib və onların səkkizdə birində uşaqlar iştirak ediblər.

Məlumatda vurğulanıb ki, mülki itkilərlə nəticələnən mina insidentləri Ukraynada gündəlik baş verir. Əlavə olunub ki, yazın gəlişi və daha çox insanın kənd təsərrüfatı işlərinə cəlb olunması ilə bu itkilərin daha da artacağı gözlənilir.

Məlumatda mina probleminin daha əvvəl Rusiya işğalı altında olan Xarkov və Xerson regionlarında daha çox olduğu qeyd edilib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.