Dünya

Rusiyadan xaricə pul köçürülməsi üçün məhdudiyyətlər uzadıldı

31 Mart 2023 22:07
Baxış: 1 568
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Rusiyadan xaricə pul köçürülməsinə tətbiq olunan məhdudiyyətlər daha altı ay uzadılıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankının məlumatında bildirilib. Qeyd olunub ki, məhdudiyyətlər bu ilin sentyabrın 30-dək qüvvədə olacaq.

Məhdudiyyətlərə əsasəm, Rusiya vətəndaşları və dost ölkələrin rezidentləri xarici bank hesablarına 1 milyon dollardan çox olmayan (və ya digər valyutalarda ekvivalenti) köçürə bilərlər.

- Pul köçürmə sistemləri vasitəsilə limit - 10 min dollardan çox olmamalıdır.

- Rusiyada işləyən qeyri-rezidentlər əmək haqqına bərabər məbləğdə xaricə vəsait köçürə bilərlər.

- Rusiyada işləməyən qeyri-rezident fiziki və hüquqi şəxslər üçün xaricə pul köçürmələri qadağandır. Rusiya vətəndaşları və ya təşkilatları tərəfindən idarə olunan xarici şirkətlər isə istisnadır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.