Dünya

Fransada etirazlar zamanı 120-dən çox polis yaralanıb

24 Mart 2023 07:02
Baxış: 506
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fransada pensiya islahatına qarşı etiraz aksiyalarında iğtişaşların yatırılması zamanı ən azı 123 polis və jandarmeriya əməkdaşı yaralanıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Jerald Darmanen öz "Twitter" səhifəsində bildirib.

"Son məlumatlara görə, 123 polis və jandarmeriya əməkdaşı yaralanıb, 80-dən çox insan saxlanılıb", - deyə nazir qeyd edib.

Qeyd edək ki, martın 23-də Fransa şəhərlərində pensiya islahatına qarşı ümumi etirazın doqquzuncu günü keçirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.