Dünya

"Məhkəmənin bu qərarı bizim üçün təhqir kimi səslənir"

13 Mart 2023 16:59
Baxış: 1 022
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

9 mart tarixində Bastia inzibati məhkəməsi Korsika Assambleyasında müzakirələr zamanı korsika dilinin istifadəsini qadağan edən qərar çıxararaq, bunun Konstitusiyaya zidd olduğunu hesab edib. Adanın muxtar siyasət tərəfdarları bu qərara münasibət bildirərək, onun "Utanc verici qərar", "təhqir" olduğunu bildiriblər.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Fransız xəbər saytı olan "La Croix" bununla əlaqədar dərc etdiyi məqaləsində bildirir ki, martın 9-da qəbul edilən və martın 10-da ictimaiyyətə açıqlanan məhkəmə qərarı xatırladır ki, "4 oktyabr 1958-ci il Konstitusiyasının 2-ci maddəsi"nə əsasən, "hüquqi şəxslər və dövlət xidməti missiyasının həyata keçirilməsində iştirak edən şəxslər fransız dilindən istifadə etmək öhdəliyi daşıyır".

Beləliklə məhkəmənin qərarında qeyd edilib ki, "Korsika İcraiyyə Şurasının daxili reqlamentinin 16-cı maddəsi, eləcə də Korsika Assambleyasının daxili reqlamentinin 1-ci maddəsi", "korsika dilinin debatların dillərindən biri olduğunu" nəzərdə tutaraq, "Konstitusiyanın 2-ci maddəsinin müddəalarına məhəl qoymur".

Məhkəmə beləliklə, Korsika prefektinin hər iki regional orqanın daxili qaydalarını təsdiqləyən müzakirələrin ləğv edilməsini tələb etmək üçün 15 iyun 2022-ci il və 27 yanvar 2023-cü il tarixlərində ünvanlanmış şikayətləri əsaslı qəbul edib (yəni təsdiqləyib).

Dildən başqa, Korsika prefekti əsaslandırıb ki, "Korsika xalqının varlığını qurban verən" bu daxili qaydalar faktı həmçinin Konstitusiyaya da məhəl qoymur.

"Bu qərar Korsikanın seçilmiş nümayəndələrini (millət vəkillərini) Korsika Assambleyasında, Korsika İcraiyyə Şurasında və ictimai həyat fəaliyyətlərindəki müzakirələr zamanı öz dillərində danışmaq hüququndan məhrum etmək deməkdir", -deyə, İcraiyyə Şurasının muxtar prezidenti Jil Simeoni və Korsika Assambleyasının muxtar rəhbəri Mari-Antuanet Mopertui birgə bəyanatlarında təəssüf hissi ilə bildiriblər.

Onlar əlavə ediblər ki, "biz bu vəziyyətlə razılaşa bilmərik" və bildiriblər ki, bu qərara qarşı etirazlarını ifadə etmək üçün appelyasiyaya müraciət ediblər.

"Məhkəmənin bu qərarı və onun əsaslandırılması yalnız konstitusiyaya Korsika dilinin həm rəsmilik statusunu təmin olunması üçün yenidən baxılmasının mütləq zərurətini təsdiqləyir. Bu korsika dilinin yaşadılması və inkişafı üçün çox mühüm şərtdir", - deyə onlar bəyanatlarında vurğulayıblar.

Bununla yanaşı, müstəqillik tərəfdarı olan "Core in Fronte" partiyası Tvitter hesabında məhkəmənin bu qərarını qınayıb və korsika dilində bunu "rüsvayçılıq" adlandırıb. "Bu, Korsika seçiciləri ilə Fransa hökuməti arasında dialoqa ehtiyac olduğunu göstərir ki, bu da əsl siyasi danışıqlar deməkdir. Korsika dili yaşayır, bu Korsika xalqının və onların yurdunun dilidir", -deyə partiya Tvitterdəki paylaşımında bildirib.

Məhkəmənin bu qərarı "bizim üçün təhqir kimi səslənir", - deyə Korsika Milləti muxtar partiyasının rəhbəri Jan-Kristof Anjelini Tvitter hesabında münasibət bildirib. "Bu, ədalətsizlik və rüsvayçılıqdır. Biz bunu başa düşmürük" deyə o əlavə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.