Dünya

Dövlət Departamenti Hüseyn Əmir Abdullahiyanın bəyanatını TƏKZİB ETDİ

12 Mart 2023 21:28
Baxış: 661
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın İranla əsir mübadiləsinə dair razılığa gəlməsi barədə açıqlamasını təkzib edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib.

Onun sözlərinə görə, ölkəsi İranda saxlanılan amerikalıların azad edilməsini təmin etməyə sadiqdir.

"İran rəsmilərinin əsirlərin dəyişdirilməsi ilə bağlı razılığın əldə olunduğuna dair açıqlamaları onların ailələrinin iztirablarını daha da artırır. Biz daim İranda saxlanılan üç amerikalının azad edilməsi üçün çalışırıq" - deyə Prays qeyd edib

Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü də Abdullahianın bəyanatını təkzib edib:
"İran rəsmilərinin haqsız olaraq saxlanan ABŞ vətəndaşlarının azad edilməsi ilə bağlı razılığa gəldiyimiz barədə iddiaları yalandır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.