ABŞ ordusu Ukraynaya məxsus MİQ qırıcılarına Qərb istehsalı olan hava-hava raketlərini quraşdırmağı nəzərdən keçirir.
Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Politico nəşri məlumat yayıb.
Nəşr yazır ki, söhbət F-16 qırıcılarından atılmaq üçün nəzərdə tutulmuş AIM-120 orta mənzilli raketlərindən gedir.
Qeyd olunur ki, inteqrasiya prosesi çətinliklərlə doludur, çünki raket təkcə təyyarədə quraşdırılmalı deyil, həm də təyyarənin radarı ilə "danışmalıdır". Əsas problem odur ki, ABŞ və Sovet texnikası çox fərqlidir.
Milli.Az