Dünya

İki amerikalı Ermənistan ərazisindən Rusiyaya hərbi texnika göndərdiyinə görə həbs olundu - VİDEO

6 Mart 2023 15:19
Baxış: 1 521
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-nin Kanzas ştatından olan iki kişi Ermənistan ərazisindən Rusiyaya aviasiya hərbi texnikasının qanunsuz göndərilməsinə görə həbs olunub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın NewsNation telekanalının reportajında deyilib.

Xatırladaq ki, martın 5-də Ermənistan tərəfi növbəti təxribat törədib.

Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə edilməklə Ermənistan Respublikasından hərbi ləvazimatların, silah-sursatın və şəxsi heyətin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə daşınmasının həyata keçirilməsi barədə operativ məlumatlar daxil olub.

Həmçinin, adıçəkilən yolun Ermənistan tərəfindən qanunsuz istifadəsini təsdiqləyən kadrlar artıq yayılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.