ABŞ-nin Kanzas ştatından olan iki kişi Ermənistan ərazisindən Rusiyaya aviasiya hərbi texnikasının qanunsuz göndərilməsinə görə həbs olunub.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın NewsNation telekanalının reportajında deyilib.
Xatırladaq ki, martın 5-də Ermənistan tərəfi növbəti təxribat törədib.
Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə edilməklə Ermənistan Respublikasından hərbi ləvazimatların, silah-sursatın və şəxsi heyətin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə daşınmasının həyata keçirilməsi barədə operativ məlumatlar daxil olub.
Həmçinin, adıçəkilən yolun Ermənistan tərəfindən qanunsuz istifadəsini təsdiqləyən kadrlar artıq yayılıb.
Milli.Az