Dünya

Ukrayna Rusiya ərazisinə hücum etdi: nə baş verir?

3 Mart 2023 13:18
Baxış: 2 661
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bryansk vilayətinin mərkəzi olan Bryansk şəhəri Rusiyanın Avropadakı hissəsinin qərbində və Ukraynadan 100 km məsafədə yerləşir, Moskva ilə arasındakı məsafə isə təxminən 380 km-dir. Vilayət həm də Belarus ilə sərhədə yaxındır. Bryansk daha çox maşınqayırma və metal emalı sənayesi, eyni zamanda dəmir yolu xətlərinin və vaqonların istehsalı ilə tanınıb. Ukraynanın Rusiya ordusunun təchizatını zəiflətmək üçün hansısa sənaye obyektini hədəf alması mümkündür. Bryanskla bağlı məlumat Rusiya tərəfindən də təsdiqlənib. Baş verənlər qarşıdakı günlərdə müharibənin daha gərgin fazaya daxil olacağından xəbər verir.

Milli.Az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında Türkiyənin Qaziantep Universitetinin müəllimi, terror və təhlükəsizlik ekspert Əli Fuad Gökçə deyib.

Gökçə qarşıdakı günlərdə Ukraynanın işğal edilmiş ərazilərdə, xüsusilə Donbasda hərbi fəaliyyətini artıracağını vurğulayıb:

"Zelenskinin ABŞ-a, Baydenin isə Ukraynaya son səfərləri zamanı Vaşinqtonun Kiyevə silah-sursat, hərbi texnika yardımı paketlərini açıqlaması müharibənin daha da uzanacağını göstərir. Yəni ABŞ müharibənin bitməsini və həmçinin də Ukraynanın qələbə qazanmasını istəmir. Əgər Ukraynanın qalib gəlməyini istəsəydi, daha çox silah və hərbi texnika göndərərdi. Amma məqsəd Rusiyanı zəiflətməkdir, ona görə də sözügedən yardım hissə-hissə göndərilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.