Dünya

Kreml Priqojini sıradan çıxarır: Yeni özəl hərbi şirkət...

23 Fevral 2023 22:31
Baxış: 727
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya hərbi rəhbərliyi özəl hərbi şirkətlər üzərində nəzarəti ələ almağa və təsisçisi Yevgeni Priqojinlə birlikdə "Vaqner"i informasiya məkanından sıxışdırmağa çalışır.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini Aleksey Qromov deyib.

"Rusiya Müdafiə Nazirliyi ümumiyyətlə Priqojini informasiya sahəsindən sıxışdırmağa çalışır. Bunun fonunda alternativ özəl hərbi şirkətlər aktivləşib. Xüsusilə, Rusiya Federal Təhlükəsizlik Xidmətinə bağlı olan "Şahin" özəl hərbi şirkəti güclənib", - Qromov bildirib.

Onun sözlərinə görə, həmçinin özəl hərbi şirkətlər və digər hərbiləşdirilmiş birləşmələr üzərində nəzarəti təmin etmək üçün Rusiya ordusu onların silah, hərbi texnika və ərzaqla təminatını bağlamağa çalışır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.