Dünya

Rusiya Baydenin Kiyevə səfəri zamanı ona təhlükəsizlik zəmanəti verməyib

21 Fevral 2023 23:20
Baxış: 1 124
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

FTX Baydenin Kiyevə səfəri zamanı ona təhlükəsizlik zəmanəti verməyib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikov "Shot Telegram" kanalına müsahibəsində deyib.

"ABŞ Rusiyanı Baydenin Kiyevə səfəri barədə diplomatik xətt vasitəsilə xəbərdar edib. Biz onun təhlükəsizliyinə zəmanət verməmişik", - deyə Bortnikov deyib.

FTX rəhbəri qeyd edib ki, Rusiya ilə ABŞ arasında xüsusi xidmət orqanları vasitəsilə əməkdaşlıq davam edir və bu, ilk növbədə beynəlxalq terrorizmlə mübarizə məsələlərinə aiddir. "Bu əməkdaşlıq var, amma təbii ki, əvvəlki səviyyədə deyil, ona görə də bundan heç kim qazanmır. Hamı münasibətlərin davam etdirilməsində maraqlıdır", - deyə o əlavə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.