Dünya

Xilasedicilərimiz tapdıqları qızıl və zinət əşyalarını polisə təhvil verdi - VİDEO

20 Fevral 2023 09:54
Baxış: 1 535
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Hatay bölgəsində FHN-in xilasediciləri tərəfindən aparılan axtarış-xilasetmə əməliyyatları zamanı dağıntılar altından tapılan qızıl və zinət əşyaları yerli polisə təhvil verilib.

Bu barədə Milli.Az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.