Dünya

Qalmaqaldan sonra sosial media hesabını bağladı

19 Fevral 2023 18:11
Baxış: 905
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəbər verdiyimiz kimi, "Ahbap" dərnəyinin rəhbəri, müğənni Haluk Leventlə aparıcı-model Deniz Akkaya arasında qalmaqal yaşanıb.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, model Levent haqqında səsləndirdiyi iddiaların ardından sosial media izləyicilərinin tənqidləri ilə üzləşib. Bu səbəbdən Akkaya instaqram hesabını bağlamaq məcburiyyətində qalıb.

Qeyd edək ki, model Leventin Sezgin Baran Korkmaz adlı türk iş adamı ilə əl-ələ olan fotosunu yayımlayaraq onunla birgə çalışan şəxsin fəaliyyətini sorğulayıb. Onun bu iddialarından sonra müğənni paylaşım edərək Denizi məhkəməyə verdiyini və ondan 5 milyon lirə məbləğində təzminat tələb etdiyini və qazanacağı təqdirdə pulu zəlzələdən zərərçəkənlər üçün xərcləyəcəyini bildirib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.