Dünya

Osmaniyədə bir ailə tutuquşu sayəsində zəlzələdə sağ qalıb - VİDEO

19 Fevral 2023 02:44
Baxış: 2 464
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Osmaniyədə bir ailə evlərində saxladıqları tutuquşunun sayəsində zəlzələdən sağ qurtula biliblər.

Milli.Az bizim.media-ya istinadən bildirir ki, ailənin üzvü Mustafa Çimen zəlzələnin baş verdiyi gecəni belə xatırlayıb: 

"Zəlzələdən yarım saat əvvəl gecəydi, tutuquşu qəribə səslər çıxartmağa başladı. Quşun olduğu otaqda işıq da yanmırdı. Tutuquşu qanadlarını çırparaq qəfəsdə çırpınırdı". 

Məhəbbət quşu Mavişin çıxardığı səslərə yuxudan oyanan ailə üzvləri özlərini evdən bayıra atıblar. Bu sayədə onlar zəlzələnin fəsadlarından qoruna biliblər.

Həmin görüntüləri təqdim edirik.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.