FTB keçmiş vitse-prezident Maykl Pensin evində axtarış keçirilib.
Milli.Az musavat.com-a istinadən bildirir ki,bu barədə "Politico" saytı məlumat yayıb. Saytın məlumatına görə, hüquq-mühafizə orqanları keçmiş yüksək vəzifəli məmurun evində məxfi materialların olub-olmadığını yoxlayır.
Pensin axtarışa razı olduğu qeyd edilir.
Xatırladaq ki, Maykl Pens Tramp administrasiyasında vitse-prezident vəzifəsində çalışıb.
Bundan əvvəl keçmiş vitse-prezidenti Trampın fəaliyyətini araşdıran prokurorun yanına ifadə vermək üçün çağırılıb.
Milli.Az