Dünya

Berboka qadağa: Kanslerlə zarafat etmə!

6 Fevral 2023 07:37
Baxış: 482

Məndən Almaniya kansleri Olaf Şoltsla zarafat etməmək və artıq danışmamaq tələb olunub.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Almaniya xarici işlər naziri Annalena Berbok Axen şəhərinin Karnaval Assosiasiyasının "Qəddar ciddiliyə qarşı" ordeni ilə təltif edilərkən deyib.

"Mənə xəbərdarlıq edildi: Annalena, bu həftədən sonra federal kansler haqqında zarafat etmə. Əsasən də artıq heç nə demə. Amma o zaman artıq danışmamaq olar ki, ümumiyyətlə heç nə danışmayasan", - o bildirib.

Qeyd edək ki, orden hər il yumor hissi və xalqa yaxınlığına görə tanınmış siyasətçilərə verilir.

Milli.Az

5 ilədək dəyişməz 14%-dən zaminsiz, komissiyasız 40 000 manatadək kredit
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2023 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics