Dünya

Zənginlər üçün yeni paytaxt tikiləcək

27 Yanvar 2023 13:50
Baxış: 1 091
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Zimbabve hakimiyyəti ölkənin yeni paytaxtı olacaq futuristik "Cyber ​​​​City" şəhərinin tikintisinə sərmayə qoymağa hazır olan investorları axtarır.

Planlaşdırıldığı kimi, şəhər indiki paytaxt Hararedən 18 kilometr aralıda salınacaq. Burada milli parlamentin, prezident sarayının və ölkənin mərkəzi bankının yeni binaları, o cümlədən Ali Məhkəmənin binası, birja və digər obyektlər tikiləcək. Layihəyə göydələnlər, ticarət mərkəzləri və yalnız imkanlı vətəndaşların ala biləcəyi 250-yə yaxın dəbdəbəli villalar daxildir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Zimbabvedə hər gün 19 saat elektrik enerjisi kəsildiyi üçün şəhərin öz günəş elektrik stansiyasının tikintisi də planlaşdırılır.

Layihəyə 500 milyon dollar sərmayə qoyan milyarder investor Şədci ül Mülkün sözlərinə görə, artıq üç villa satılıb. Yeni paytaxt Dubaya bənzəyəcək və bütövlükdə futuristik şəhərin tikintisi 60 milyard dollara başa gələcək.

Qeyd edək ki, Hararendə praktiki olaraq yüksək keyfiyyətli yollar yoxdur, zibillər nadir hallarda təmizlənir, şəhərətrafı ərazilərdə su təchizatı yoxdur və elektrik enerjisi demək olar ki, daim kəsilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.