Dünya

Ukrayna Soledarı itirdiyini təsdiqlədi

25 Yanvar 2023 16:00
Baxış: 2 354
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukrayna Silahlı Qüvvələri Donetsk vilayətinin Soledar şəhərinin Rusiya ordusunun nəzarəti altına keçməsini təsdiq edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Ukrayna Silahlı Qüvvələrinin nümayəndəsi Sergey Çerevatov açıqlayıb.

Onun sözlərinə görə, ukraynalı hərbçilər aylarla davam edən çətin döyüşlərdən sonra Soledardan çıxıb.

Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyi yanvarın 12-si ölkə qoşunlarının Soledar şəhərinə nəzarəti ələ keçirdiyini açıqlayıb. Bunun ardınca, Ukrayna tərəfi sözügedən məlumatı təkzib edərək, şəhərdə döyüşlərin getdiyini bildirmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.