Dünya

“Rusiyadakı aviabazalara zərbələr daha da dərindən olacaq” - Ukrayna kəşfiyyatı

3 Yanvar 2023 10:04
Baxış: 1 161
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gələcəkdə Rusiyadakı aviabazalara zərbələr daha da dərindən bilər.

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov "ABC News"a müsahibəsində deyib.

Bununla belə, o, ölkəsinin Rusiya aviabazalarına hücumlarda iştirakını təsdiqləməyib.

Jurnalistin Ukraynanın Rusiya aviabazasına zərbələr endirib-endirməməsi ilə bağlı sualına o, ancaq müharibə bitdikdən sonra cavab verə biləcəyini deyib.

"Hücumlar getdikcə daha da dərinləşəcək", - deyə o, onları görməkdən şad olduğunu qeyd edib.

Kəşfiyyat rəhbəri onu da vurğulayıb ki, Krım Ukrayna ərazisidir, ona görə də Ukraynanın lazım bildiyi istənilən silahdan orada istifadə etmək olar.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.