79 il birlikdə yaşayan həyat yoldaşları 20 saat fərqlə dünyasını dəyişdi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
ABŞ-ın Ohayo ştatından 79 il birlikdə yaşayan 100 yaşlı Hyubert və Djun Malikot cütlüyü 20 saat fərqlə dünyasını dəyişib.
Milli.Az bildirir ki, bu barədə "WCPO 9 News" məlumat yayıb.
Mərhumun 76 yaşlı oğlu Semin dediyinə görə, Şükran günündən sonra Djun ağır xəstələnib və xəstəxanaya düşüb. Hyubert həyat yoldaşına baş çəkib onun vəziyyətinin ağır olduğunu görən kimi onun da səhhəti sürətlə pisləşməyə başlayıb. Kişi eyni xəstəxanaya qəbul edilib və Djun ilə eyni otağa yerləşdirilib.
Cütlük bir neçə gün huşsuz qalıb. Kişi noyabrın 30-da axşam, həyat yoldaşı isə təxminən 20 saat sonra, dekabrın 1-də dünyasını dəyişib. Sem əmindir ki, Hyubertin ölümünün səbəbi Djunun ağır vəziyyəti ilə bağlı narahatlıq olub.
Cütlüyün üç övladı, yeddi nəvəsi və 11 nəticəsi qalıb. Cütlük 1943-cü ildə evlənib. 79 il ərzində Djun və Hyubert yalnız bir dəfə, kişi orduda xidmət edərkən ayrılıblar. Bundan başqa, onlar heç vaxt ciddi mübahisə etməyiblər. "Əgər fikir ayrılığı olarsa, bir neçə dəqiqəlik ayrılmağa məcbur ola bilərsiniz. Sonra qayıdıb mövzunu dəyişdirin və ya problemi həll edin", - Hyubert bildirib. Kişi həyat yoldaşı olmadan həyatı təsəvvür edə bilməyəcəyini iddia edib. Mərhum həyat yoldaşlarının qızının dediyinə görə, hər axşam onlar əl-ələ tutaraq bir-birlərinə xeyirli gecələr arzulayıblar və səhər bir-birlərini yenidən görməyə inanılmaz dərəcədə seviniblər.
İrfan Vəliyev
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Sürücülər bu mahnılara qulaq asmasın
-
"Selena"nın ulduzları gəlinlikdə - (Fotolar)
-
Psixoloqlara görə, soyuducuya maqnit asmaq bunu bildirirmiş
-
Qəhvəsini şəkərsiz və sütsüz içənlərin ortaq xüsusiyyəti var imiş
-
Həmin obraz Savaş Özdemirə verilmişdi - Etirazlardan sonra dəyişiklik
-
Yeni yaradılacaq "rəqabət xəritəsi"nin məqsədi nədir? - (Video)
-
Günün qoroskopu: İntuisiyanız məntiqinizi üstələyəcək
-
Elşad Xose haqqında yayılan xəbərlərdən sonra ilk dəfə - (Video)
-
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
-
80 yaşında olması inanılmazdır - (Video)
-
“Qalatasaray”da ilk ayrılıq: Okan Buruk qərarını verdi
-
Əsa ilə görüntülənən Cem Yılmazdan iddialara cavab - (Video)
-
Cüdoçumuz Narek Vardanyanı məğlub edərək qızıl medal qazandı - (Video)
-
“Dedilər, 240 kiloya davamlıdır, ikisinin çəkisi o qədər olardı” - Coşqunun dayısı - (Video)
-
40 min azalma: siniflər boşalır, müəllimlər ixtisar olunur
-
Paşinyan Göyçə gölündə çimdi - Video
-
Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb
-
Vüsal Aslanovdan yüksək vəzifəyə təyinat - (Foto)
-
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
-
"Anamın cəsədini qucaqlayıb, ayrıla bilmirdim" - İntiqam Kərimov
-
İran və Oman Hörmüz boğazında razılığa gəldi
-
Sinoptikdən anomal isti qış xəbərdarlığı
-
Kəlbəcərdə növbəti Bal Festivalı keçirilib - (Foto)
-
“Bizdə oriental oynaya bilmirlər, bədənləri silikonla doludur” - Elza Seyidcahan





