Türkiyədə 6 yaşındakı qız ərə verilib - FOTOlar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Türkiyədə Hiranur Vəqfinin lideri Yusuf Ziya Gümüşelin 18 il əvvəl 6 yaşlı qızını ərə verdiyi ortaya çıxıb.
Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, vəqf lideri H.K.G. adlı qızını müridi və qonşusu olan 29 yaşlı Kadir İstekliyə ərə verib. Bu zaman 6 yaşlı uşaqla K. İstekli arasında dini kəbin kəsilib və həmin gündən etibarən o, Kadir İstekli tərəfindən cinsi istismara məruz qalıb.
Türkiyə mediasında qızcığazın K. İstekli ilə fotolarının yayılmasından sonra bu hadisə ölkədə gündəmə çevrilib.
Bildirilir ki, o, yaşadıqlarına etiraz etmək istəsə də, Kadir ona bunun bir oyun olduğunu deyib.
Cinsi təcavüzə məruz qalan H.K.G. 13 yaşına çatdıqda nişanı, 14 yaşı olduqda isə toyu olub. O, 18 yaşı tamam olduqda isə rəsmi nikahı baş tutub.
Bununla belə, onun 17 yaşında ana olduğu deyilir.
Bütün bu illər ərzində yaşadıqlarına dözən H.K.G. 18 yaşında gizli olaraq istifadə etdiyi sosial media hesabı vasitəsilə yaşadıqlarını bir qadına danışıb. Qadın isə ona əri ilə 6 yaşında evləndirilməsi barədə danışmasını, yoldaşının səsini yazmasını və polisə gedərək şikayət etməsini məsləhət görüb.
Hazırda 24 yaşı olan H.K.G. 2020-ci il noyabrın 30-u polisə müraciət edib və səs yazısını, eləcə də evləndirilərkən çəkilən fotoları təqdim edib. Məsələ ilə bağlı məhkəmə prosesi cari ilin oktyabr ayında nəticəsiz olaraq başa çatıb. Belə ki, Kadir İstekli, Yusuf Ziya Gümüşel və həyat yoldaşı Fatma Gümüşelə 27 ildən az olmayaraq həbs tələb olunsa da, sözügedən şəxslər həbs edilməyib.
Həmin şəxslər məhkəmədə uşağın 6 yaşında ərə verildiyi barədə məlumatları təkzib edərək, qızın guya 16 yaşında nişanlandığını və 17 yaşında ərə verildiyini iddia ediblər.
6 yaşında evləndirilən H.K.G.-nin həyat tarixçəsi Türkiyə mediasında və sosial şəbəkələrdə geniş müzakirələrə və narahatlıqlara səbəb olub. Bildirilir ki, bu qızın timsalında Türkiyədə kiçik yaşlarında ərə verilən qızların taleyi narahatlıq doğurur.
Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyi isə öz növbəsində bu məsələni nəzarətə götürüb.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
"Kurtlar Vadisi” ilə bağlı araşdırma başlandı
-
Demet Özdemir görünüşünü dəyişdirdi - (Foto)
-
Azərbaycan fərqli yol seçib - Kamaləddin Qafarov
-
Ter Şteqen barədə qərar verildi
-
Ermənistan rəhbərliyi anlamalıdır ki, siyasi oyunlar artıq keçərli olmayacaq - Sahil Kərimli
-
Azərbaycanda abort sayı doğuş sayına çatdı
-
Dövlət büdcəsinin layihəsi Nazirlər Kabinetinə təqdim edildi
-
Bakıda Formula 1 yarışı bu tarixdə keçiriləcək - Rəsmi
-
Azərbaycanda minlərlə abonentə təsir edəcək dəyişiklik - internet tarifləri artırılır
-
Trampın 7 milyard dollarlıq sərvətinin sirri - Pulları haradan gəlir?
-
Paşinyan mükafat almaq üçün Almaniyaya gedir
-
Sentyabrın 17-də hava belə olacaq - Proqnoz
-
Veteranlara şad xəbər - 400 manat...
-
Hakimlər Komitəsinin sədrindən etiraf: Penalti səhv imiş
-
Prezident İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib - (Foto)
-
Türkiyədə dönər və qiymə ilə bağlı yeni qaydalar qüvvəyə mindi
-
General-mayor Anton Qrunis öldü
-
Mbappe PSJ-yə pul ödəməli olacaq
-
Qara Qarayev tıxacda qalan uşaqla selfi çəkdi - (Video)
-
Auditorlar Palatasının bir qrup üzvü və əməkdaşı “Tərəqqi” medalı ilə təltif edilib
-
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq elmi-praktik konfransın iştirakçılarına müraciət ünvanlayıb
-
Mertsin ABŞ səfəri ləğv edildi
-
Hündürdaban ayaqqabının bu təhlükəsini heç kim bilmir - Xəbərdarlıq
-
Tıxaca görə dərsə gecikən tələbələrə güzəşt olacaq?





