Dünya

İranda toqquşmalar: ölən və yaralananlar var

17 Noyabr 2022 11:27
Baxış: 1 196
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Noyabrın 16-da İranın əksər bölgələrində geniş etiraz aksiyaları keçirilib. Nümayişlərdə bir neçə nəfərin öldürüldüyü, onlarla etirazçının yaralandığı bildirilir.

Milli.Az xəbər verir ki, gecə saatlarında davam edən aksiyalar zamanı şəhərlərin çoxunda hökumət məmurları ilə etirazçılar arasında toqquşmalar olub.

Əli Xameneyiyə qarşı şüarlar səsləndirən etirazçılara qarşı göz yaşardıcı qazdan istifadə olunub.

Bir neçə şəhərdə onlara qarşı odlu silahlardan atəş açılıb.

Aksiyalar zamanı hökumətin terror adlandırdığı iki hücumda öldürülən 8 nəfərdən başqa, biri uşaq olmaqla ən azı 4 nəfərin məmurlar tərəfindən öldürüldüyü, onlarla insanın yaralandığı bildirilir.

Bir neçə şəhərdə, yarımhərbi Bəsic qüvvələrinin mərkəzlərinə və bir neçə hökumət binasına hücum olub. 

Noyabrın 16-ı, axşam saatlarından başlayaraq gecə yarısına qədər Güney Azərbaycan şəhərlərində də geniş etiraz aksiyaları baş tutub.

Təbriz, Urmu, Zəngan, Bukan, Soyuqbulaq, Qəzvin, Həmədan, Savə və başqa şəhərlərdəki nümayişlər zamanı çox sayda insanın xəsarət aldığı, onlarla etirazçının həbs edildiyi barədə məlumatlar yayılıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.