Dünya

Bölgədə mürəkkəb proseslər baş verir - Çavuşoğlu

10 Noyabr 2022 17:10
Baxış: 766
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bölgədə və dünyada mürəkkəb proseslər baş verir.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Özbəkistanda keçirdiyi mətbuat konfransında deyib.

"Necə deyərlər, bir ağacla meşə olmaz. Qarşımızda müxtəlif fürsətlər var. Asiya yenidən coğrafi prioritetə çevrilir", - nazir vurğulayıb.

M.Çavuşoğlu Azərbaycanı Qarabağda qazandığı Zəfərin ikinci ildönümü münasibətilə bir daha təbrik edib: "Fürsətdən istifadə edib Can Azərbaycanı torpaqlarını düşmən işğalından azad etməsinin növbəti ildönümünü və Bayraq Günü münasibətilə təbrik edirəm".

Nazirin sözlərinə görə, rəsmi Ankara Azərbaycan, Qazaxıstan və Özbəkistanla ikitərəfli və çoxtərəfli əməkdaşlığa önəm verir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.