Dünya

Kanada İrana qarşı sanksiyaları genişləndirib

20 Oktyabr 2022 08:53
Baxış: 585
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kanada hakimiyyəti İrana qarşı sanksiyalar siyahısına daha 6 şəxs və 4 təşkilat əlavə edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə çərşənbə günü Kanadanın xarici işlər naziri Melani Coli açıqlama verib.

Bildirilib ki, bu şəxslər və təşkilatlar insan hüquqlarının kobud şəkildə pozulmasına töhfə veriblər.

Qara siyahıya, xüsusən də İran Konstitusiyasının Keşikçiləri Şurası (İİKK), İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH, İran Silahlı Qüvvələrinin elit bölmələri) komandirlərindən biri və İran Yayım Korporasiyasının keçmiş rəhbəri daxildir.

Bundan əvvəl Ottava İranda etirazlar fonunda iqtisadi sanksiyalar siyahısına İranın onlarla fiziki və hüquqi şəxsi, o cümlədən İİKK üzvləri daxil edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.