Dünya

26 yaşlı azərbaycanlı qız nazir təyin olundu - FOTO

18 Oktyabr 2022 16:52
Baxış: 4 774
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cənubi Azərbaycandan olan 26 yaşlı gənc Ruminə Purmuxtari İsveçin iqlim və ətraf mühit naziri təyin olunub.

Milli.Az report-a istinadən xəbər verir ki, o, hazırda İsveç hökumətində təmsil olunan ən gənc nazirdir.

1995-ci il noyabrın 12-də İsveçdə anadan olan soydaşımız Uppsala Universitetində siyasi elmlər sahəsi üzrə təhsil alıb. Ruminənin atası İbrahim Purmuxtari vaxtilə İranın Şərqi Azərbaycan vilayətinin Təbriz şəhərindən siyasi baxışlarına görə təqib və təzyiqlərə məruz qaldığından İsveçə mühacirət edib.

R.Purmuxtari üç ildir İsveç Liberallar Partiyasında fəaliyyət göstərirdi və bu müddət ərzində paytaxt Stokholm bölgəsində mədəniyyət məsələlərindən məsul şəxs olub.

O, bir hekayələr toplusu kitabının müəllifidir.

Qeyd edək ki, Mühafizəkarlar Partiyasının lideri Ulf Kristersson oktyabrın 17-də İsveçin yeni Baş naziri seçilib. O, parlamentdə Xristian Demokratlar Partiyası və Liberal Partiya ilə koalisiya hökuməti qurduğunu açıqlayıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.