Dünya

Zelenski: Ukraynada elektrik stansiyalarının 30 faizi sıradan çıxıb

18 Oktyabr 2022 13:34
Baxış: 1 659
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya qüvvələrinin zərbələri nəticəsində Ukraynada elektrik stansiyalarının 30 faizi sıradan çıxıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski "Twitter"də bildirib.

Onun sözlərinə görə, Rusiya Ukraynanın enerji və kritik infrastrukturunu məqsədli şəkildə hədəf alır.

"Oktyabrın 10-dan bəri Ukraynada elektrik stansiyalarının 30%-i sıradan çıxıb və bu, ölkə daxilində kütləvi şəkildə elektrik kəsilməsinə səbəb olub. Putin rejimi ilə danışıqlara yer qalmayıb", - Zelenski bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.