Dünya

Ərdoğan Putinlə Ukraynadakı müharibəni müzakirə edəcək

12 Oktyabr 2022 23:16
Baxış: 1 164
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstan səfərinin 2-ci günündə Asiyada Əməkdaşlıq və Etimad Tədbirləri Müşavirəsinin VI Zirvə Toplantısında dövlət və hökumət başçıları qarşısında çıxış edəcək və müxtəlif ikitərəfli görüşlər keçirəcək.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, Ərdoğan ikitərəfli danışıqlar çərçivəsində əvvəlcə Belarus Prezidenti Aleksandr Lukaşenko, daha sonra isə Rusiya lideri Vladimir Putinlə görüşəcək.

Prezident Ərdoğanın Putinlə Rusiya-Ukrayna müharibəsindəki son vəziyyəti, Türkiyənin sülh səylərini və taxıl dəhlizini müzakirə edəcəyi gözlənilir.

Bundan əlavə, Suriyadakı hadisələr də müzakirə mövzusu olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.