Dünya

Çin ABŞ-ın gizli planını xatırlatdı: 7 ölkəyə hücum...

12 Oktyabr 2022 17:32
Baxış: 1 063
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çinin Xarici İşlər Nazirliyinin nümayəndəsi Çjao Litszyan ABŞ Quru Qoşunlarının istefada olan sabiq komandanı Uesli Klarkın Pentaqonun hərbi planları ilə bağlı 15 il əvvəlki çıxışından bir parçanı sosial şəbəkə səhifəsində paylaşıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, XİN sözçüsü Klarkdan sitat gətirərək, "Əlində çəkic varsa, hər şey sənə mismar kimi görünür" sözlərini yazıb.

"Generalın 2007-ci ildə Kaliforniyanın Həmrəylik Klubunda "Liderlik vaxtı: vəzifə, şərəf, ölkə naminə" mövzusunda məruzəsinin səsyazması var. Orada general qeyd edir ki, 2001-ci ildə Pentaqonda Baş Qərargah nümayəndəsi ABŞ Müdafiə Nazirliyinin məxfi - beş il ərzində yeddi ölkədə hökumətlərə hücum edib, onları məhv etmək strategiyasını anladıb. Söhbət İraq, Suriya, Livan, Liviya, Somali, Sudan və İrandan gedirdi. Eyni zamanda, Klark demişdi ki, Pentaqonun əməkdaşları özləri də hərbi əməliyyatlar üçün ilkin şərtlərin nə olduğunu tam anlaya bilməyiblər", - deyə çinli rəsmi qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.