Dünya

"Bosniya qəssabı" Ratko Mladiç Haaqada xəstəxanaya yerləşdirilib

10 Sentyabr 2022 15:30
Baxış: 738
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bosniya və Herseqovina serblərinin keçmiş komandanı Ratko Mladiç Haaqada xəstəxanaya yerləşdirilib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə onun oğlu Darko Mladiç bildirib.

O, həkimlərin atasına ümumi zəiflik, pnevmoniya və ürəyin zəifləmiş funksiyaları diaqnozu qoyduğunu bildirib. Radko Mladiçin səhhətindəki problemin ciddi olduğunu bildirilib.

Qeyd edək ki, 79 yaşı olan Radko Mladiç 2011-ci ildə həbs edilərək Haaqaya ekstradisiya edilib. O, Sarayevonun mühasirəsi zamanı müharibə cinayətləri və soyqırımı törətməkdə, həmçinin Srebrenitsa qətliamı ilə əlaqəli olmaqda təqsirli bilinib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.