Dünya

Türkiyədən NATO-ya sərt reaksiya: Siz deməsəniz də...

2 Sentyabr 2022 22:08
Baxış: 1 074
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə Milli Müdafiə Nazirliyi NATO Müttəfiq Quru Qoşunları Komandanlığının Türkiyənin 30 Avqust Zəfər Günü münasibəti ilə tviti silməsinə münasibət bildirib.

Milli.Az axar.az-a istinadən bildirir ki, açıqlamada deyilir ki, Yunanıstanın əsassız və məzmunsuz tələbi ilə sözügedən tvitin silinməsi qəbuledilməzdir və bu addım NATO-nun müttəfiqlik ruhuna böyük zərər vermişdir.

"Zəfər Bayramı günü yazılsa da, yazılmasa da, 1922-ci ildə qələbə qazanmamız faktı dəyişməz olaraq qalır. Əməkdaşlıq və müttəfiqlik ruhu: Bunlar NATO-nun gücünün əsas prinsipləridir.

70 ildir üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmiş bir NATO üzvü olaraq, gözləntimiz həmrəylik ruhunda öhdəlikləri yerinə yetirmək və qərəzsizliyi qorumaqdır.

Bu münasibətlə Uca xalqımızın 30 Avqust "Zəfər Bayramı və Türk Silahlı Qüvvələr Günü"nü bir daha qeyd edirik", - deyə bildirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.